Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir

23:18 - 29 / 09 / 2023
Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir

“Şəhərsalma və şəhərlərin inkişafı davamlı inkişafa nail olmaqda mühüm rol oynayır. Davamlı qlobal urbanizasiya tendensiyaları fonunda, hər bir ölkənin üzləşdiyi spesifik çağırış və imkanlar bu inkişaf proqramının əhəmiyyətini daha da artırır.

Ona görə də işğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində həyata keçirilən fəaliyyət, görülmüş işlər, eləcə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Azərbaycanın bu sahədə topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi məqsədilə Milli Şəhərsalma forumlarının təşkil edilməsi, xüsusilə də tədbirin azad edilmiş ərazilərdə keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Şəhərsalma məsələsinin ölkəmiz üçün prioritetliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-HABİTAT) ilə əməkdaşlığa başlayıb”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, sentyabrın 29-da UN-HABITAT və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilan şəhərində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasiminin baş tutması vacib hadisədir. Bu Forumda bir çox ölkədən xeyli sayda nümayəndənin iştirak etməsi Ermənistanın işğalçı siyasətinin nəticələrinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir.

Deputat bildirib ki, Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Prezident İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu nitq söyləyib. Dövlətimizin başçısı çıxışında Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində Azərbaycan xalqının humanitar böhranla üz-üzə qaldığına diqqət çəkib. Belə ki, 30 il ərzində bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı çıxışında Qarabağda keçirilən lokal antiterror tədbirlərinin səbəblərindən də danışıb, ölkəmizin bu əməliyyatda niyyətinin nə olduğunu açıqlayıb. Cənab Prezident həm də bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə də mesaj verib: “Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.

“Dövlətimiz Qarabağın erməni sakinlərinin hüquqlarının təmin olunacağını da bəyan edib. Azərbaycan özünün bütün digər vətəndaşları kimi, onların da hüquqlarının qorunmasına tam təminat verir. Bu barədə birmənalı olaraq mövqeyini ifadə edən cənab Prezident Forumdakı çıxışında Azərbaycanın sülhün tərəfdarı olduğunu bir daha bəyan edib. Postmüharibə dövründə dövlətimiz qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Sülh təklifinin müddəaları beynəlxalq hüquq normalarına əsaslanır. Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
295

Son xəbərlər

ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİBBu gün, 11:34Qara kürü: Əsl Xəzər kürüsünü saxta Çin kürüsündən fərqləndirməyin yolları - FOTOBu gün, 11:32Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan varBu gün, 11:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:07Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb - TƏBİBBu gün, 11:03AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi olduBu gün, 10:45Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçirilirBu gün, 10:39Bakıda avtomobildən 16 min manat və 2 min dollar pul oğurlanıbBu gün, 10:36Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir - AAYDA məlumat yaydıBu gün, 10:24DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:17İran HDQ nümayəndə heyəti hərbi institutu və “N” hərbi hissəsini ziyarət edib - FOTOBu gün, 10:17Mənzilləri qısa müddətdə satılan “Avant Park”ın 2-ci mərhələsi “Avant Vista” tikilir - 8 YENİ BİNABu gün, 10:07BŞTİ məlumat yaydı: “Hazırda Bakı məktəblərində tədris prosesi davam edir”Bu gün, 09:51DİM dekabrın 10-da doktorantlar üçün imtahan keçirəcəkBu gün, 09:50“Zəlzələ ilə bağlı təcili tibbi yardıma heç bir müraciət daxil olmayıb”Bu gün, 09:46Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:36Polis gücləndirilmiş iş rejiminə keçdiBu gün, 09:27Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:24Bakı şəhər Dövlət Yol Polisi İdarəsi zəlzələ ilə bağlı sürücülərə müraciət etdiBu gün, 09:21Azərbaycan neftinin qiyməti 79 dollara düşübBu gün, 09:19
Bütün xəbərlər

Next TV