Qida əlavələrinə dair sanitariya norma və qaydaları təsdiqlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qida əlavələrinə dair sanitariya norma və qaydaları təsdiqlənib

09:43 - 21 / 03 / 2024
Qida əlavələrinə dair sanitariya norma və qaydaları təsdiqlənib

Qida əlavələrinə dair sanitariya norma və qaydaları təsdiq edilib.

1news.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası qərar qəbul edib.

Qaydalar əhalinin sağlamlığını, istehlakçıların maraqlarının və hüquqlarının müdafiəsini təmin etmək məqsədilə qida məhsullarında istifadəsinə yol verilən qida əlavələrinin siyahısını, qida məhsullarında, qida əlavələrində, qida fermentlərində və dad-aromatik maddələrdə qida əlavələrinin istifadə şərtlərini və onların etiketlənmə tələblərini müəyyən edir.

Bu qaydalar qida əlavələri qismində istifadə olunmadığı halda emal yardımçılarına, bitki və bitkiçilik məhsullarının mühafizəsində tətbiq olunan maddələrə, qida məhsullarına nutriyent qismində əlavə edilən maddələrə, içməli suların təmizlənməsində istifadə olunan maddələrə, dad-aromatik maddələrə və qida fermentlərinə şamil olunmur.

Aşağıda sadalananlar qida əlavəsi hesab edilmir:

- monosaxaridlər, disaxaridlər və ya oliqosaxaridlər və tərkibində bu maddələri ehtiva etməsi səbəbindən şirinləşdirici məqsədlər üçün istifadə olunan qida məhsulları;

- qurudulmuş və ya qatılaşdırılmış qida məhsullarının, o cümlədən, mürəkkəb qida məhsullarının istehsalı zamanı istifadə olunan aromatlaşdırıcı, dadlandırıcı və ya qidalandırıcı xüsusiyyətləri ilə yanaşı ikincili rəngləyici təsirə malik olan dad-aromatik maddələr;

- qida məhsullarında örtük materialı kimi istifadə edilən, qida məhsulunun tərkib hissəsi olmayan və onunla birgə istehlak edilməsi nəzərdə tutulmayan maddələr;

- tərkibində pektin olan məhsullar və qurudulmuş alma cecəsi, sitrus meyvələri və ya heyvanın qabığından və ya onların qarışığına turşu əlavə edilməsi, daha sonra natrium və ya kalium duzları ilə qismən neytrallaşması nəticəsində əldə edilən maddələr (maye pektin);

- saqqız mayası;

- qan plazması, yeyilə bilən jelatin, zülal hidrolizatları və onların duzları, süd zülalı və qlüten;

- qlütamin turşusu, qlisin, sistein, sistin və onların texnoloji funksiyası olmayan duzları istisna olmaqla, aminturşular və onların duzları;

- kazeinatlar və kazein;

- inulin

Qaydaların əhatə dairəsinə aid edilməyən qida əlavələri və ya həmin qida əlavələrinin istifadə edildiyi qida məhsullarının dövriyyəsinə yol verilmir.

Paylaş:
0

Son xəbərlər

Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19FOMO BAKU klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO - VİDEOBu gün, 14:16Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşübBu gün, 14:10Azərbaycanın hərbi qulluqçusu minaya düşübBu gün, 14:02İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİBBu gün, 13:35Jerar Depardye Parisdə saxlanılıbBu gün, 13:21Rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edilib - DOSYEBu gün, 12:57“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilibBu gün, 12:51Sabah 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:46Növbəti köç karvanı Füzuliyə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:41Babək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunduBu gün, 12:36Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcəkBu gün, 12:22Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcəkBu gün, 12:21Prezident daha bir icra başçısını vəzifəsindən azad etdiBu gün, 12:15TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıbBu gün, 11:51Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilibBu gün, 11:51
Bütün xəbərlər