Gəncədə qanunsuz tikili sökülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə qanunsuz tikili sökülüb - VİDEO

Qafar Ağayev11:08 - 27 / 04 / 2024
Gəncədə qanunsuz tikili sökülüb - VİDEO

Gəncə-Samux avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər