Azərbaycanın və Pakistanın xarici işlər nazirləri arasında görüş keçirilib - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın və Pakistanın xarici işlər nazirləri arasında görüş keçirilib - YENİLƏNİB 1

13:51 - 30 / 05 / 2024
Azərbaycanın və Pakistanın xarici işlər nazirləri arasında görüş keçirilib - YENİLƏNİB 1

Xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirlərin təkbətək görüşündən sonra, geniştərkibli formatda nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə nazirlər Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına xüsusi təkan verdiyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı, 44 günlük Vətən müharibəsində, eləcə də müharibədən sonrakı dövrdə Azərbaycana göstərdiyi güclü siyasi və mənəvi dəstəyə görə Pakistana minnətdarlığını bildirib.

Görüşdə nazir Ceyhun Bayramov Cammu və Kəşmirlə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyinin bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslandığını vurğulayıb.

Tərəflər iki ölkə arasında energetika, informasiya texnologiyaları, əczaçılıq, ağır və yüngül sənaye, kimya, kənd təsərrüfatı, turizm, nəqliyyat, müdafiə, təhsil, humanitar və digər sahələrdə hərtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İki ölkə arasında birbaşa uçuşların turizmin və insanlar arasında əlaqələrin inkişafına geniş töhvə verdiyi diqqətə çatdırılıb.

Təhsil və humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı, hər iki ölkədə təhsil müəssisələrində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin mövcudluğu, təlim proqramları məmnunluqla qeyd olunub.

Nazirlər Azərbaycanla Pakistan arasında Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin daha da dərinləşməsi və qarşılıqlı sərmayələrin artırılması baxımından vacibliyini qeyd ediblər.

Görüşdə tərəflər Azərbaycanın Pakistanla müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıblar.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP) ev sahibliyinin müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Ceyhun Bayramov həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesi, post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina təhdidi barədə geniş məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İkitərəfli görüşlərdən sonra, hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçirilib, media nümayəndələrinin sualları cavablandırılıb.

12:25

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilib.

1news.az xəbər verir ki, nazirlər müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıblar. Həmçinin Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məqsədləri bölüşüblər.

Bundan başqa, regional və qlobal səviyyədə ölkələrimizin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tutub.

Qeyd edək ki, səfər çərçivəsində C.Bayramovun digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

10:54

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilir.

1news.az xəbər verir ki, C.Bayramovun digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

10:20

İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilir.

1news.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Paylaş:
404

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər