İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Qafar Ağayev16:35 - 05 / 07 / 2024
İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.

İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

Qeyd edək ki, Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Bulaq Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Yerli əhalinin bu hidronim haqqında məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə aşkar etmiş İsa adlı əkinçinin adını daşıyır.

10:54

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib .

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.

Paylaş:
331

Son xəbərlər

Gimnastımız Portuqaliyada qızıl medal qazanıbBu gün, 09:27Bu gün üç rayonda qazın təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:18AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:14Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHIBu gün, 08:58Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32
Bütün xəbərlər