Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq
“İşğaldan azad olunan ərazilərdə seçki məntəqələrinin yaradılması üzərində işləmişik”.
1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
“Ötən dəfəki seçkilərdə 26 məntəqə var idi, indi yəqin ki, kifayət qədər artacaq. Ona görə ki, əhalinin qayıdış proqramı ilə əlaqədar oraya qayıdan əhalinin sayı da artıb. Növbəti iclasda bu məsələ gündəliyə çıxarılacaq”, - MSK sədri bildirib.
356