Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb

15:31 - 06 / 07 / 2024
Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın iyulun 6-da Azərbaycana səfəri başa çatıb.

1news.az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı hava limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.

Paylaş:
544

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər