Vergi orqanları 6 ayda 17,5 milyon manat vəsaiti büdcəyə ödətdirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vergi orqanları 6 ayda 17,5 milyon manat vəsaiti büdcəyə ödətdirib

Qafar Ağayev17:49 - 17 / 07 / 2024
Vergi orqanları 6 ayda 17,5 milyon manat vəsaiti büdcəyə ödətdirib

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 17,5 milyon manat vəsaitin dövlət büdcəsinə ödətdirilməsini təmin edib.

1news.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının qərəzli icra edilməməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz sahibkarlıq, cinayət yolu ilə alınmış əmlakı leqallaşdırma və yalançı sahibkarlıq faktları üzrə cəmi 432 cinayət işi başlanılıb.

Hesabat dövründə 42 cinayət işinin icraatına xitam verilib, 33 nəfər barəsində ittiham elan edilməklə 27 cinayət işi məhkəməyə göndərilib, nəticədə 69 cinayət işinin ibtidai istintaqı tamamlanıb, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış 22 iş üzrə Cinayət-Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən müvafiq qərarlar qəbul edilib və ibtidai istintaq zamanı 2,6 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə ödətdirilib. Bundan başqa, istintaq olunan cinayət işləri üzrə ümumilikdə 13,3 milyon manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin edilib.

Hesabat dövründə vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,6 milyon manat vəsait ödətdirilib.

Paylaş:
346

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər