DİN: Yeni monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Yeni monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır

Qafar Ağayev13:08 - 18 / 07 / 2024
DİN: Yeni monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır

Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir. Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir.

Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir.

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər