Ceyhun Bayramov: Ermənistan tərəfindən Londonda görüşdən imtina sülh prosesinə töhfə vermir | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Ermənistan tərəfindən Londonda görüşdən imtina sülh prosesinə töhfə vermir

Qafar Ağayev14:39 - 18 / 07 / 2024
Ceyhun Bayramov: Ermənistan tərəfindən Londonda görüşdən imtina sülh prosesinə töhfə vermir

Avropa Siyasi İcması"nın Birləşmiş Krallığın Vudstok şəhərində keçirilən sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi arasında görüş keçirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Birləşmiş Krallıq arasında strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək perspektivləri, regional və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesinin cari vəziyyəti müzakirə edilib.

Azərbaycan və Birləşmiş Krallıq arasında bütün sahələrdə, xüsusilə də energetika, təhsil, humanitar əlaqələr kimi istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın olduğu, Azərbaycanın mühüm ticarət tərəfdaşı kimi xüsusi əhəmiyyəti vurğulanıb. Birləşmiş Krallıq şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğu bildirilib.

Bununla yanaşı, iki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib, bu sahədə Azərbaycanla əməkdaşlıq üçün geniş perspektivlər təqdir olunub. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin mövcud əməkdaşlıq gündəliyində iqlim fəaliyyəti istiqamətinin gücləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.

Azərbaycanın üzləşdiyi mina təhdidi nəzərə alınaraq humanitar minatəmizləmə sahəsində Azərbaycana dəstəyin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən sülh prosesi ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib. Ermənistanla danışıqlarda sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların sülh prosesində əsas maneə olduğu diqqətə çatdırılıb.

“Avropa Siyasi İcması” sammiti çərçivəsində Birləşmiş Krallığın baş nazirinin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi üçün səy göstərilməsinə görə nazir Ceyhun Bayramov tərəfindən təşəkkür ifadə olunub, məhz Ermənistan tərəfindən imtina səbəbindən bu görüşün baş tutmamasının sülh prosesinə töhfə vermədiyi qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Paylaş:
461

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər