Azərbaycan-Bolqarıstan komissiyasının adı dəyişib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan-Bolqarıstan komissiyasının adı dəyişib

Qafar Ağayev16:06 - 22 / 07 / 2024
Azərbaycan-Bolqarıstan komissiyasının adı dəyişib

Prezident İlham Əliyev 6 mart 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edib.

1news.az xəbər verir ki, yeni sərəncama əsasən, bundan sonra, Komissiya “İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyası” adlanacaq.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Bolqarıstana müvafiq bildiriş göndərilməsi tapşırılıb.

Paylaş:
786

Son xəbərlər

Bütün xəbərlər