Əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqləndi - Prezidentdən SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqləndi - Prezidentdən SƏRƏNCAM

Qafar Ağayev15:43 - 23 / 07 / 2024
Əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqləndi - Prezidentdən SƏRƏNCAM

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib.

1news.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Məcəlləyə aşağıdakı hallar əlavə edilir.

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Qanuna dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər