İçərişəhərdə “Şirvanşahların səsi” konserti keçirildi - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

İçərişəhərdə “Şirvanşahların səsi” konserti keçirildi - FOTO

Qafar Ağayev13:07 - 25 / 07 / 2024
İçərişəhərdə “Şirvanşahların səsi” konserti keçirildi - FOTO

İyulun 24-də “Şirvanşahların səsi” layihəsi çərçivəsində Şirvanşahlar Sarayında növbəti konsert baş tutub.

1news.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə ecazkar ifalarında Azərbaycan və dünya bəstəkarların əsərlərini səsləndiriblər.

Silsilə tədbirlərdən ibarət “Şirvanşahların səsi” layihəsi Azərbaycan musiqisini qədim şəhərin yerli və xarici ziyarətçilərinə təbliğ etmək məqsədini daşıyır. Qeyd edək ki, Şirvanşahlar Sarayında keçirilən Cahangir Cahangirov adına Xorun konserti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Paylaş:
882

Son xəbərlər

Bütün xəbərlər