İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Qafar Ağayev16:15 - 26 / 07 / 2024
İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov və İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarının rəhbərləri qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüşüblər.

1news.az xəbər verir ki, görüşdə həmçinin bir sıra özəl maliyyə qurumlarının nümayəndələri iştirak edib.

Sahibkarlarla görüşdə son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə bütün sahələrin inkişaf etdiyi, o cümlədən özəl sektorun gücləndiyi, qeyri-neft sənayesi üzrə dövriyyənin, istehsal və ixrac həcminin, yeni iş yerləri və digər iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə artdığı vurğulanıb. Qeyri-neft sektorunun rəqabətədavamlı inkişafı, yeni istehsal sahələrinin stimullaşdırılması və ixrac qabiliyyətinin yüksəldilməsinin ölkə iqtisadiyyatı üçün prioritet hədəflər olduğu bildirilib. Əlverişli biznes mühitinin inkişafı və investisiya imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən vergi və gömrük islahatlarının, daxildə emala xüsusi gömrük prosedurunun, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi üzrə dövlət dəstəyi mexanizmlərinin və digər alətlərin əhəmiyyəti qeyd olunub.

İş adamları fəaliyyətləri və qarşılaşdıqları məsələlər barədə məlumat veriblər, vergi və gömrük güzəştləri, güzəştli kredit, nəqliyyat-logistika, xammala çıxış imkanlarının və ixrac potensialının genişləndirilməsi, standartlaşdırma, mənşə sertifikatının verilməsi, satınalma, torpaqların təyinatının dəyişdirilməsi, yeni bazarlarla əlaqələrin qurulması, yerli istehsalın artımı ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbirdə sahibkarların sualları cavablandırılıb, təkliflərə münasibət bildirilib. Sahibkarlar və ixracatçılarla yeni dövlət dəstəyi alətləri, dövlətin həyata keçirə biləcəyi stimullaşdırıcı addımlar və yeni çağırışlar barədə müzakirələr aparılıb. Qaldırılan məsələlərin ətraflı təhlil edilərək zəruri təkliflərin hazırlanacağı bildirilib.

Qeyd edək ki, sahibkar və ixracatçılarla dialoqun davamı olaraq Yevlax Pilot Aqropark, həmçinin Gəncə şəhərində görüşlər keçiriləcək.

Paylaş:
541

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər