Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Qafar Ağayev16:49 - 26 / 07 / 2024
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

ADA Universitetində baş tutan mərasimdə dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

1news.az xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov,Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva və müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də digər qonaqlar öz çıxışlarında dördüncü mövsümün qaliblərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Fərhad Hacıyev nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində "Yüksəliş" müsabiqəsinin təsis olunması ilə bağlı imzaladığı Sərəncamı xatırladaraq belə fürsətin və platformanın yaradılmasına görə cənab Prezidentə təşəkkürünü bildirib!
Çıxışlar zamanı qeyd olunub ki, müsabiqə çərçivəsində qazanılan təcrübə, bilik və əlaqələr, eləcə də 1 illik mentorluq proqramı qaliblərin peşəkar həyatlarına mühüm təsir göstərəcək.
Daha sonra isə Təşkilat Komitəsinin sədri, üzvləri və mərasimin xüsusi qonaqları builki qalibləri diplomla təltif edib, xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, qalibləri 1 il ərzində mentorlardan —dövlət qurumlarının rəhbərlərindən və iri şirkətlərin top-menecerlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000manat dəyərində pul mükafatı gözləyir.

Dördüncü mövsümün qaliblərinin adlarını təqdim edirik:

1. Rəhimov Teymur Azər oğlu
2. Şamilzadə Orxan Müşfiq oğlu
3. Əmmayev Təbriz Bilal oğlu
4. Mustafayev Sənan Sahid oğlu
5. Nəcəfli Cəfər Yusif oğlu
6. Şirinli Qaraxan Bayraməli oğlu
7. Hüseynli Kamal Həsən oğlu
8. Həsənəlizadə Şəfəq İlham qızı
9. Musayeva Günel Elşad qızı
10. Yaqublu Toğrul Namiq oğlu
11. Göyüşov Səbuhi Nizami oğlu
12. Hüseynov İsmayıl Sayəddin oğlu
13. İsgəndərov Orxan Elman oğlu
14. Babazadə Salman Məhəmməd oğlu
15. Qocayev Nicat İlham oğlu
16. Məmmədov Ayaz Məmmədrahim oğlu
17. Hüseynov Seymur Elşad oğlu
18. Həsənli Aslan Yusif oğlu
19. Qasımov Anar Aslan oğlu
20. Məmmədxanlı Rüfət Cahangir oğlu
21. Əsgərov Əkbər Rövşən oğlu
22. Səmədov İnsafəli Cümeyir oğlu
23. Fətəliyev Eyyub İlqar oğlu
24. Məmmədov Şahlar Elman oğlu
25. Abdullazadə Elnur Fazil oğlu

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla təsis olunub.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq sərəncam imzalanıb.

Paylaş:
351

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər