Bərpa olunan enerji mənbələrindən istifadəyə dair Komissiyanın iclası olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bərpa olunan enerji mənbələrindən istifadəyə dair Komissiyanın iclası olub

Qafar Ağayev10:06 - 26 / 07 / 2024
Bərpa olunan enerji mənbələrindən istifadəyə dair Komissiyanın iclası olub

Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

1news.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Komissiyanın sədri, nazii Pərviz Şahbazov Sərəncamın icrası ilə bağlı gündəlikdə olan məsələləri diqqətə çatdırıb, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Komissiya qarşısında duran vəzifələri qeyd edib.

Gündəliyə müvafiq olaraq Komissiyanın son iclasından bu günədək görülmüş işlərə dair Katibliyin hesabatı dinlənilib. Daha sonra bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsinə dair mövcud vəziyyət, yaşıl enerji layihələrinin şəbəkəyə inteqrasiyası ilə bağlı görülmüş işlər haqqında məlumatlar təqdim edilib, Elektromobillik üzrə milli Fəaliyyət Planının əsas müddəaları müzakirə edilib. Həmçinin bp şirkətinin həyata keçirdiyi “Şəfəq” GES layihəsi ilə bağlı görülən işlər və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasda Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Mərkəzi Bankı, Minatəmizləmə Agentliyi, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak edib.

Paylaş:
307

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər