İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı KOB evi modelini qabaqcıl innovativ təcrübə kimi təqdim edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı KOB evi modelini qabaqcıl innovativ təcrübə kimi təqdim edib

Qafar Ağayev12:35 - 26 / 07 / 2024
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı KOB evi modelini qabaqcıl innovativ təcrübə kimi təqdim edib

Azərbaycanın KOB evi modeli beynəlxalq səviyyədə uğur əldə edib.

1news.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə ekspertlər tərəfindən KOB evləri qabaqcıl innovativ təcrübələrdən biri kimi qiymətləndirilib və Azərbaycanın nümunəvi modeli kimi qurumun saytında paylaşılıb (https://oecd-opsi.org/innovations/single-support-service-model-for-smes-sme-house/).

Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin saytında 2003-cü ildən ideyaların və yeniliklərin paylaşıldığı bölmə fəaliyyət göstərir. Burada dünyanın 90-a yaxın ölkəsində mövcud olan innovasiyalar barədə məlumatlar qeyd olunur ki, onların arasında Kiçik və Orta Biznesi İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evləri də yer alır.

Saytda dərc olunmuş məlumatda KOB evləri biznesin planlaşdırılması, biznesə başlanması, biznesin idarə edilməsi və inkişafı üzrə KOB-lara xidmətlər təqdim edən bir pəncərə mərkəzi kimi təqdim edilir. KOB sektorunun inkişafına töhfə vermək üçün dövlət və özəl qurumların imkanlarının bir platformada birləşdirilməsi və əlaqələndirilməsi unikal təşəbbüs kimi qiymətləndirilir.

Qeyd edək ki, İƏİT-in 2011-ci ildə yaradılmış Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi dövlət sektorunda qabaqcıl innovasiyaların tətbiqinə və təbliğinə dəstək verən qlobal forumdur. Mərkəz dövlətlərə dəstək məqsədilə qabaqcıl innovativ təcrübələr, yeni ideyalar, biliklər, alətlər və əlaqə vasitələrini paylaşan platforma rolunu oynayır.

Paylaş:
321

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər