AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb | 1news.az | Xəbərlər
İdman

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

Qafar Ağayev10:28 - 29 / 07 / 2024
AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

AFFA-nın Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

1news.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Partizani” (Albaniya) – “İberia” (Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Paylaş:
919

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər