“Atlet-8” kran gəmisi əsaslı təmir olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Atlet-8” kran gəmisi əsaslı təmir olunub

Qafar Ağayev13:35 - 30 / 07 / 2024
“Atlet-8” kran gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Atlet-8” kran gəmisinin əsaslı təmiri yekunlaşıb.

1news.az ASCO-ya istinadən xəbər verir ki, təmir prosesi “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib. Təmir müddətində 40 ton yükqaldırma qabiliyyətinə malik olan kranın, baş və köməkçi mühərriklərin, nasosların, boru sistemlərinin əsaslı təmir işləri aparılıb.

"Gəminin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxana təmir olunub. Tərsanəyə qaldırılan gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi, hərəkət-sükan kompleksinin, dib-yan armaturlarının, protektor qurğularının təmiri, gəminin üzməsinə təhlükə yaradan gövdənin sualtı və suüstü hissəsində zədələnən sahələrin dəyişdirilməsi işləri yerinə yetirili", - məlumatda deyilirb.

Bununla yanaşı gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid 1 dəst müasir tip “FURUNO FELCOM-18 İnmarsat-C” , 2 dəst stasionar “FURUNO FM-8900 UQD” radiostansiya, 1 ədəd “TRON 60AİS” tipli qəza radiomayak (EPİRB) , 1 dəst “KODEN MDC-7912” tipli radar quraşdırılıb və translyasia, naviqasiya avadanlıqları əsaslı təmir olunub.

İşlər başa çatdıqdan sonra gəminin 40 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb və test uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan dəniz sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

Qeyd edək ki, “Atlet-8” kran gəmisinin uzunluğu 65 metr, eni 15 metrdir.

Paylaş:
310

Son xəbərlər

Azərbaycan QHT-ləri ABŞ və Aİ-də Rusiyaya sanksiyaların tətbiqi və icrasına nəzarət edən qurumların rəhbərlərinə açıq məktub ünvanlayıbBu gün, 10:16Putin ordudakı əsgər sayının artırılması üçün əmr verdiBu gün, 10:06Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:018 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilibBu gün, 09:52FHN avtonəqliyyat vasitələri sürücülərinə müraciət edibBu gün, 09:42Bakıda növbəti təhlükəsizlik forumu keçirilibBu gün, 09:26Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edibBu gün, 09:23Bakının bu rayonunda qaz olmayacaqBu gün, 09:22AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:10ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edibBu gün, 09:00Bakının tıxac olan yolları - SİYAHIBu gün, 08:59“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb16 / 09 / 2024, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib16 / 09 / 2024, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblar16 / 09 / 2024, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı16 / 09 / 2024, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb16 / 09 / 2024, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib16 / 09 / 2024, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var16 / 09 / 2024, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb16 / 09 / 2024, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram16 / 09 / 2024, 16:07
Bütün xəbərlər