İradə İbrahimova: Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İradə İbrahimova: Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Qafar Ağayev16:25 - 30 / 07 / 2024
İradə İbrahimova: Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tullantıları hədiyyələrə dəyiş” festivalı bu dəfə “Ağ Şəhər”də baş tutacaq.

1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova açıqlama verib.

"Festivalın keçirilməsində məqsəd ictimaiyyəti tullantıların düzgün idarə olunması barədə maarifləndirmək, tullantıların çeşidlənərək təkrar emala göndərilməsinin vacibliyini vurğulamaq və tullantılardan daha səmərəli istifadəni təşviq etməkdir".

Nazirlik sözçüsü məlumat verib ki, təbiətlə dostluğu, tullantılarla bağlı problemin aradan qaldırılmasında vətəndaşların rolunu aşılayan festival Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə 3 avqust tarixində təşkil olunacaq.

"Vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər.
Unutmayaq ki, tullantıların düzgün idarə olunması hər bir şəxsin məsuliyyətidir və bu istiqamətdə atılan hər bir addımın ətraf mühitin qorunmasında böyük rolu vardır.
Festival 3 avqust 2024-cü il tarixində Bakı şəhəri, Mərkəzi Bulvar küçəsi, Ağ Şəhər “Biznes Mərkəzi 2020”nin qarşısında keçiriləcək".

Paylaş:
335

Son xəbərlər

Allahşükür Paşazadə sabah Rusiyaya gedəcəkBu gün, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıbBu gün, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıbBu gün, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildiBu gün, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıbBu gün, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilibBu gün, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşibBu gün, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladıBu gün, 13:12KOB-ların maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edilirBu gün, 12:54“28 May” metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında yeni marşrut xətti açıldıBu gün, 12:398 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir - FOTOBu gün, 12:32I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilibBu gün, 12:28Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıbBu gün, 12:14İş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:0227 dərəcəyədək isti olacaq - Sabahın havası açıqlandıBu gün, 11:50Sentyabrın 18-i Milli Musiqi GünüdürBu gün, 11:42Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilibBu gün, 11:26FHN İsmayıllıda obyektin fəaliyyətini dayandırıbBu gün, 11:18NİİM hazırda sıxlıq müşahidə olunan yolların siyahısını açıqladıBu gün, 11:13Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini ilə bağlı qərarını açıqladıBu gün, 11:01
Bütün xəbərlər