“Paris-2024”: Azərbaycan cüdoçusu 1/8 finala yüksəlib | 1news.az | Xəbərlər
İdman

“Paris-2024”: Azərbaycan cüdoçusu 1/8 finala yüksəlib

Qafar Ağayev13:37 - 31 / 07 / 2024
“Paris-2024”: Azərbaycan cüdoçusu 1/8 finala yüksəlib

Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

1news.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Türkiyə təmsilçisi Mixail Zqankı sınağa çəkib.

Rəqibinə qızıl xal bölümündə vaza-ari ilə qalib gələn Avropa çempionumuz 1/8 finala yüksəlib.

Qeyd edək ki, Paris Olimpiadasında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kiloqram) medal qazanıb. İdmançı Olimpiya çempionu olub.

Paylaş:
866

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər