Birinci yarımildə ASCO üzrə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Birinci yarımildə ASCO üzrə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb

Qafar Ağayev14:51 - 02 / 08 / 2024
Birinci yarımildə ASCO üzrə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır.

1news.az xəbər verir ki, əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

2024-cü ilin ilk altı ayının nəticələrinə görə, ASCO gəmilərindən 48,29 m³ plastmas, 453,47 m³ qida qalığı, 393,99 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 79,44 m³ istismar tullantısı, 132,1 m³ neft qalığı-şlam, 2209,5 m³ döşəməaltı lyal sular, 39766,2 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Dövr ərzində ASCO-nun sahil obyektləri üzrə 19,04 ton yanmış qəlib qumu, 818,68 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 37318 ton məişət çirkab suyu, 449,2 ton neftli döşəməaltı-lyal su, 129,04 ton sürtgü yağı, 2250,61 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 401,42 m³ qida qalığı, 191,25 m³ polimer əsaslı və plastmas tullantı, 31,7 m³ yağlı və neftli tullantı, 116,3 m³ rezin tullantı, 199,8 m³ istismar tullantı, 0,019 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Hesabat dövrü ərzində ümumilikdə 0,245 ton kağız, 0,169 ton plastmas, 243,85 ton qara metal, 0,028 ton əlvan metal isə təkrar emala göndərilib.

Paylaş:
162

Son xəbərlər

Nəsimidə körpünün üstünə qəzaya görə hərəkətə məhdudiyyət qoyuldu - FOTOBu gün, 17:47Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olubBu gün, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşulduBu gün, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİBBu gün, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıbBu gün, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandıBu gün, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?Bu gün, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edibBu gün, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edibBu gün, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam veribBu gün, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edibBu gün, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edibBu gün, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olubBu gün, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olubBu gün, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olubBu gün, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçiriliribBu gün, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilibBu gün, 15:59İqlim qəhrəmanları - FOTOBu gün, 15:56Sahibkarların KOB evlərinə müraciətləri və marağı artırBu gün, 15:50
Bütün xəbərlər