Bakıda 7 il sonra Dövlət bayrağı Meydanında Bayrağımımız yüksəldildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 7 il sonra Dövlət bayrağı Meydanında Bayrağımımız yüksəldildi - FOTO

Qafar Ağayev17:14 - 02 / 08 / 2024
Bakıda 7 il sonra Dövlət bayrağı Meydanında Bayrağımımız yüksəldildi - FOTO

Azərbaycanın bayrağı Dövlət bayrağı Meydanındakı yerinə qaytarılıb.

1news.az xəbər verir ki, bunu əks etdirən foto sosial şəbəkə platformalarında yayılıb.

Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanın ərazisi 20000 kv.m-dir.

Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Hazırda bayrağın test məqsədilə qaldırıldığı bildirilir.

Qeyd edək ki, Bayraq meydanı 2017-ci ildən təmirə dayandırılığı üçün, bayraq endirilmişdi.

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər