“Bakı KOB evi”nə sahibkarlar daha çox hansı xidmətlər üçün müraciət ediblər? | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bakı KOB evi”nə sahibkarlar daha çox hansı xidmətlər üçün müraciət ediblər?

Qafar Ağayev12:53 - 03 / 08 / 2024
“Bakı KOB evi”nə sahibkarlar daha çox hansı xidmətlər üçün müraciət ediblər?

2024-cü ilin yanvar-iyun aylarında sahibkarlar “Bakı KOB evi”nə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və mənşə sertifikatının alınması, vergi və gömrük məsələləri, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübə-konstruktor işlərinə dair icazə üçün müraciət ediblər.

KOBİA-dan 1news.az-a verilən məlumata görə, Sahibkarların lisenziya və icazələrin, qida təhlükəsizliyi sertifikatının alınması, yer təkinin istifadəyə verilməsi məqsədilə hərrac sənədləşdirilməsi, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi üzrə müraciətləri də üstünlük təşkil edir.

Müvafiq xidmətlər sahibkarlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - 121122 (76.69%), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - 13196 (8.36%), Dövlət Vergi Xidməti - 2793 (1.77%), Dövlət Gömrük Komitəsi - 1113 (0.70%), Fövqəladə Hallar Nazirliyi – 586 (0.37%), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) – 473 (0.30%), İqtisadiyyat Nazirliyi – 434 (0.27%), Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyi – 288 (0.18%), Qida Təhlükəsizliyi Agentliyi – 141 (0.09%), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 70 (0.04%) tərəfindən göstərilib. Bu, 10 dövlət qurumu tərəfindən göstərilmiş xidmətlər “Bakı KOB evi”nə edilmiş ümumi müraciətlərin 88,8%-ni (140216) təşkil edir.

Qeyd edək ki, “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan “G2B” və “B2B” xidmətlər göstərilir. Təkcə 2024-cü ilin yanvar-iyun aylarında “Bakı KOB evi”ndə sahibkarlara 157940 xidmət göstərilib ki, bunun 140556-sı dövlət, 17384-ü isə özəl qurumlar tərəfindən təmin olunub.

Paylaş:
336

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilibBu gün, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıbBu gün, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatırBu gün, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölübBu gün, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıbBu gün, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edibBu gün, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilibBu gün, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcəkBu gün, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edibBu gün, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıbBu gün, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildiBu gün, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilibBu gün, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edibBu gün, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunubBu gün, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririkBu gün, 12:21Azərbaycan nefti ucuzlaşıbBu gün, 12:05İlham Əliyev Braziliya liderini təbrik edibBu gün, 12:01Sabahın hava proqnozuBu gün, 11:41
Bütün xəbərlər