Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsində yeniliklər olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsində yeniliklər olub

Qafar Ağayev12:56 - 05 / 08 / 2024
Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsində yeniliklər olub

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupu fəaliyyətini Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin icrası üzrə uğurla davam etdirir.

Bu barədə 1news.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Yol Xəritəsinin kommersiya işlərinə baxılması müddətləri ilə bağlı hesabatlılıq və hakimlərin gender faktoru üzrə statistik hesabatların verilməsi tədbirlərinin icrası ilə əlaqədar Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsi yenilənib. Geniş auditoriyanın məhkəmə statistikası sahəsində məlumatlara əlçatanlığının təmin edilməsi məqsədi ilə İşçi Qrupun fəaliyyəti çərçivəsində məhkəmələr tərəfindən icraata daxil olmuş və həll olunmuş müxtəlif kateqoriyalı kommersiya işlərinin sayı barədə 2022 və 2023-cü illəri əhatə edən statistik məlumatlar Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsində (https://courts.gov.az/courtStatistics) “Daxil olmuş işlər (Incoming cases)” başlığı altında Ali Məhkəmə, apellyasiya instansiyası məhkəmələri və hər bir kommersiya məhkəməsi üçün ayrılıqda yerləşdirilib.
Bundan başqa icraata daxil olmuş və həll olunmuş müxtəlif kateqoriyalı kommersiya işlərinin bitmə əmsalı (clearance rate) və işlərə baxılma müddəti (disposition time) barədə 2022-2024-cü illəri əhatə edən statislik hesabatlar da hazırlanaraq Vahid Məhkəmə Portalının adıçəkilən bölməsində (https://courts.gov.az/courtStatistics) müvafiq olaraq “Clearence rate (İşlərin bitmə əmsalı)” və “Disposition time (Məhkəmə işinə baxılma müddəti)” başlıqları altında hər bir kommersiya məhkəməsi üzrə yerləşdirilib.
Həmin hesabat 2022-2024-cü illər üçün ayrı-ayrı rüblər üzrə göstəricililər şəklində də təsnifatlaşdırılıb.
Bununla yanaşı statistikanın hazırlanmasında əsas götürülmüş metodologiya da ictimaiyyətin məlumatlandırılması məqsədi ilə həmin bölmədə öz əksini tapıb.
Hakimlərin gender faktoru üzrə dəqiq statistik hesabatların verilməsi məqsədi ilə Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsində (https://courts.gov.az/courtStatistics) “Distribution of judges by gender (Hakimlərin cinsə görə bölgüsü)” başlığı altında birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri üzrə hakimlərin ümumi sayını və onlardan qadın və kişi hakimlərin bölgüsünü əhatə edən statistik məlumatlar yerləşdirilib.

Bu statistik məlumat Ali Məhkəmə və apellyasiya məhkəmələrinin kollegiyaları üzrə, habelə birinci instansiya məhkəmələri üzrə isə rayon (şəhər) məhkəmələri və ixtisaslaşdırılmış məhkəmələr olmaqla ayrılıqda təsnifatlaşdırılıb. Hazırlanmış statistikaya cəmiyyətin müxtəlif kateqoriyalarının əlçatanlığının təmin edilməsi məqsədi ilə göstərilən bütün məlumatlar Portalda azərbaycan dili ilə yanaşı, ingilis dilində də yerləşdirilib.
Qeyd edilib ki, “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

Paylaş:
96

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər