İqtisadiyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərlə bağlı qərar verib | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadiyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərlə bağlı qərar verib

Qafar Ağayev16:13 - 08 / 08 / 2024
İqtisadiyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərlə bağlı qərar verib

İqtisadiyyat Nazirliyinin Kollegiyası “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğuların, habelə xammal və materialların idxalına dair təsdiqedici sənədin verilməsi Qaydası”nı təsdiqləyib.

1news.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, təqdim olunmuş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq təsdiqedici sənəd verilməsi və yaxud verilməsindən imtina haqqında inzibati akt qəbul ediləcək, bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim ediləcək və yaxud poçtla, eləcə də elektron üsulla göndəriləcək.

Təsdiqedici sənədin verilməsi, verilməsindən imtina, təsdiqedici sənədə düzəlişin edilməsi, onun yenidən rəsmiləşdirilməsi, dayandırılması və ləğv edilməsi haqqında məlumat 3 iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Maliyyə Nazirliyinə və Dövlət Gömrük Komitəsinə təqdim edilir.

Aşağıdakı hallarda təsdiqedici sənədin verilməsindən imtina ediləcək:

- təsdiqedici sənədin verilməsi barədə ərizədə və ona əlavə olunmuş sənədlərdə Azərbaycanın qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblərə uyğun olmayan məlumatlar olduqda.

-ərizəçi təsdiqedici sənədin verilməsi şərtlərini yerinə yetirmədikdə.

- Təsdiqedici sənədin verilməsindən imtina haqqında inzibati akt imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Təsdiqedici sənədin qüvvəsi aşağıdakı hallarda dayandırılacaq:

- təsdiqedici sənəd sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

- təsdiqedici sənəd sahibi təsdiqedici sənədin şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair İqtisadiyyat Nazirliyinin göstərişlərini yerinə yetirmədikdə;

- Azərbaycanın qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hallarda.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Paylaş:
294

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər