Paris-2024: Azərbaycan gimnastları final mərhələsinə vəsiqə qazanıb | 1news.az | Xəbərlər
İdman

Paris-2024: Azərbaycan gimnastları final mərhələsinə vəsiqə qazanıb

Qafar Ağayev15:09 - 09 / 08 / 2024
Paris-2024: Azərbaycan gimnastları final mərhələsinə vəsiqə qazanıb

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları davam edir.

1news.az-a APA-ya istinadən xəbər verir ki, bu gün bədii gimnastika üzrə qrup hərəkətləri komandalarının təsnifat mərhələsi start götürüb.

Mərhələnin ilk hissəsində Azərbaycan gimnastları da öz bacarıqlarını nümayiş etdirib. Qızlarımız ilk olaraq halqalarla bacarıqlarını sərgiləyib. Çıxışımız 33,850 xalla qiymətləndirilib. İlk cəhdlərdən sonra gimnastlarımız 24 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

İkinci cəhddə qızlar lent və topla bacarıqlarını göstəriblər. Onların çıxışı 28,150 xalla qiymətləndirilib. Yekunda 8-ci pillədə qərarlaşan komandamız final mərhələsinə yüksəlib.

Komandamız Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan təşkil olunub.

Qeyd edək ki, çıxışların sonunda ilk 8 yeri tutmuş komanda sabah keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Paylaş:
1255

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər