“Bakı Mərmər Qranit” özəlləşdirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bakı Mərmər Qranit” özəlləşdirilib

Qafar Ağayev17:53 - 20 / 08 / 2024
“Bakı Mərmər Qranit” özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus paylarının satışı ilə bağlı elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.

1news.az Dövlət Xidmətinə istindən xəbər verir ki, iddiaçıların təqdim etdiyi təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Omax Sənaye Qrupu” MMC investisiya müsabiqəsinin qalibi elan olunub.

Qalib şirkətlə alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 10 milyon manat vəsaitin köçürəcək, 2 ildə müəssisədə 10 milyon 500 min manatlıq İnvestisiya Proqramı icra edəcək. Proqram çərçivəsində mövcud bina və tikililərin təmiri, mərmər-qranit avadanlıqlarının (onların elektron idarəetmə sistemləri daxil olmaqla) təmiri və ya yenilənməsi, polad boru və profillərin, müxtəlif güclərdə hava kompressorlarının, təzyiqli avtoyuma avadanlıqlarının, istixana komplekslərinin metal konstruksiyalarının istehsalı xəttinin qurulması, habelə bəzi digər istiqamətlərə investisiya qoyuluşlarının həyata keçirilməsi nəzərdə tutulur.

İnvestisiya Proqramının icrası müəssisədə ən azı 100 yeni iş yerinin açılmasına imkan yaradacaq.

Paylaş:
471

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər