“Bakı KOB evi”ndə daha bir xidmət fəaliyyətə başlayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin təqdim etdiyi müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi “Bakı KOB evi”ndə həyata keçirilir.
1news.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, xidmətdən istifadə etmək istəyənlər müvafiq xidmət pəncərəsinə müraciət edə bilərlər.
“Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 300-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.
342