“Azərişıq” Gədəbəyin 4 kəndində elektrik şəbəkələrini yeniləyir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” Gədəbəyin 4 kəndində elektrik şəbəkələrini yeniləyir

Qafar Ağayev12:32 - 20 / 08 / 2024
“Azərişıq” Gədəbəyin 4 kəndində elektrik şəbəkələrini yeniləyir

Azərişıq” ASC Gədəbəy rayonunun 4 kəndində elektrik şəbəkələrini yeniləyir.

1news.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, rayonun 350 abonenti olan Xar-xar kəndində 0.4 kV-luq yeni kabel xətləri çəkilib və dayaqlar basdırılıb. Müasir standartlara cavab verən yeni tipli sayğac qutuları quraşdırılıb və sayğaclara giriş naqilləri çəkilib. Əlavə 250 kVA-lıq transformator quraşdırılıb. Arısu kəndində yenidənqurma işləri yekunlaşıb. Kənddə 0.4 kV-luq özünüdaşıyan izoliyasiyalı kabel xətləri çəkilib, dayaqlar basdırılıb. Arıqıran və Zəhmət kəndlərində isə yeni elektrik xətlərinin keçdiyi ərazilərdə dayaqlar basdırılır.

Paylaş:
418

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər