Aynurə Salmanlı: “Ölkəmizin taleyində mühüm rol oynayan seçkilərdə Azərbaycan gəncləri fəallıq göstərir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Aynurə Salmanlı: “Ölkəmizin taleyində mühüm rol oynayan seçkilərdə Azərbaycan gəncləri fəallıq göstərir”

Qafar Ağayev10:26 - 23 / 08 / 2024
Aynurə Salmanlı: “Ölkəmizin taleyində mühüm rol oynayan seçkilərdə Azərbaycan gəncləri fəallıq göstərir”

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı “Seçki 2024” Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb.

1news.az Aynurə Salmanlının müsahibəsini təqdim edir:

- Müstəqilliyini əldə edəndən sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək parlament seçkilərinin həm ölkəmiz, həm də regional siyasət üçün əhəmiyyəti nədən ibarətdir?

- Sentyabr 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkiləri dövlətçilik baxımından mühüm əhəmiyyət kəsb edir. Son illər Azərbaycanda dövlət idarəçiliyinin bütün sahələrində uğurla və ardıcıl şəkildə gerçəkləşdirilən məqsədyönlü islahatlar nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Sentyabrın 1-də keçiriləcək seçkilərlə Azərbaycan parlamenti tarixində dövlətin suverenliyinə və ərazi bütövlüyünə söykənən ilk Milli Məclis formalaşdırılacaq. Çünki ölkəmiz 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti səbəbindən belə bir Milli Məclis formalaşdıra, indiki kimi seçkilər keçirə bilməyib. Hazırki şəraitdə isə ilk dəfə olaraq Azərbaycanın tamamlanmış suverenliyinə və bütöv ərazi prinsipinə söykənən parlament seçkiləri nəzərdə tutulur. Bu tarixi hadisə həm böyük dövlətçilik nailiyyəti, həm də yeni parlamentin üzərinə çox böyük məsuliyyət qoyulması deməkdir. Yəni, artıq Milli Məclisin deputat korpusu bəzi mühüm məqamları da öz fəaliyyətində nəzər almalı olacaq. Həmin məsul şəxslər müstəqil Azərbaycanın tarixində suverenlik və ərazi bütövlüyü prinsipi çərçivəsində seçilən və bu şərəfi daşıyan ilk deputatlar kimi tarixə düşəcəklər.

- Gənclərin ölkədə gedən proseslərdə, xüsusilə seçkilərdə rolunu necə qiymətləndirirsiniz? Gənclər seçki prosesində aktiv iştirak edirmi?

- Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Ümumilikdə, gənclər siyasəti gənclərin siyasi proseslərə inteqrasiyasıdır. II Qarabağ müharibəsində gənc oğullarımızın Vətən torpaqlarını öz canları bahasına işğaldan azad etməsi buna ən bariz nümunədir. Bu gün müstəqil dövlətimizdə yaradılan siyasi şərait, şübhəsiz, mütərəqqi gənclər siyasətinin də səmərəliliyinin artırılmasına səbəb olub. Sevindirici haldır ki, hazırda kifayət qədər qabiliyyətli, istedadlı, vətənsevər, gənclərimiz ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edir.

Hazırda sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi davam edir. Müşahidələr göstərir ki, bu prosesdə də Azərbaycan gəncləri fəallıq göstərir. Artıq hər bir azərbaycanlı anlayır ki, gənc nəslin nümayəndələri yüksək tribunalarda Azərbaycanı layiqincə təmsil etmək iqtidarındadır.

Paylaş:
698

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər