Ərdoğan: “Dəyərli qardaşım İlham Əliyevə ürəkdən təşəkkür edirəm” | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan: “Dəyərli qardaşım İlham Əliyevə ürəkdən təşəkkür edirəm”

Qafar Ağayev16:31 - 26 / 08 / 2024
Ərdoğan: “Dəyərli qardaşım İlham Əliyevə ürəkdən təşəkkür edirəm”

“Bir millət, iki dövlət devizi ilə hərəkət etdiyimiz can Azərbaycanın prezidenti, dəyərli qardaşım İlham Əliyevə ürəkdən təşəkkür edirəm”.

1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışında bildirib.

“İlham qardaşım təkcə zəng etmədi, həm də ölkəmizə amfibiya yanğınsöndürmə təyyarəsi göndərməklə yanğınla mübarizəmizə dəstək olur.

Çətin günlərimizdə həmişə yanımızda olan, çətin günlərində hər zaman dəstək olduğumuz azərbaycanlı qardaşlarımızla bundan sonra da hər sahədə əməkdaşlıq edəcəyik” – deyə R.T.Ərdoğan əlavə edib.

Paylaş:
439

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər