Ukrayna Prezidendi yeni sülh planını nə zaman açıqlayacağını bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini dayandırmaq üçün yeni bir plan üzərində çalışdıqlarını bildirib.
1news.az “Hürriyet.com.tr”-yə istinadən xəbər verir ki, qeyd olunub ki, bu planın məqsədi, Rusiyanı hərbi, siyasi, sosial və iqtisadi cəhətdən zəiflədərək danışıqlar masasına gətirməkdir.
V.Zelenski əlavə edib ki, bu plan onun15 noyabr 2022-ci ildə G20 zirvəsində təqdim etdiyi 10 maddəlik "Sülh formulu"ndan fərqli olacaq.
Zelenski, planın payızda ikinci Ukrayna sülh konfransı üçün hazır olacağını ümid edir.
O, bu planı gələn ay ABŞ Prezidenti Cozef Baydenə və prezidentliyə namizədlər Donald Trump və Kamala Harris-ə təqdim edəcəyini bildirib.
1140