Bakıda Azərbaycan və Qazaxıstanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycan və Qazaxıstanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib

Qafar Ağayev12:35 - 29 / 08 / 2024
Bakıda Azərbaycan və Qazaxıstanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

1news.az xəbər verir ki, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparılıb.

Paylaş:
393

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər