Bakı hindistanlı turistlərin üstünlük verdikləri istiqamətlər sırasında ilk üçlükdə qərarlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı hindistanlı turistlərin üstünlük verdikləri istiqamətlər sırasında ilk üçlükdə qərarlaşıb

Qafar Ağayev17:34 - 30 / 08 / 2024
Bakı hindistanlı turistlərin üstünlük verdikləri istiqamətlər sırasında ilk üçlükdə qərarlaşıb

Metaaxtarış mühərriki funksiyasını daşıyan, aviabiletlərin alınması, hotel və avtomobil icarəsini müqayisəli formada əlçatan edən “Skyscanner” platformasının 2024-cü il üzrə yayımladığı səyahət trendləri hesabatında hindistanlı turistlərin səyahət davranışı və tərcihləri haqqında məlumat və tendensiyalar əksini tapıb.

Dövlət Turizm Agentliyindən 1news.az-a verilən məlumata görə, platformanın hesabatına əsasən, Bakı şəhəri hindistanlı turistlər arasında populyar istiqamətlərdən biridir və çox axtarılan istiqamətlər siyahısında üçüncü yerdə qərarlaşır. Belə ki, platformada Bakı şəhəri üzrə axtarış marağı 438% artıb. Birinci və ikinci sırada isə müvafiq olaraq Vyetnamın Da Nanq, Qazaxıstanın Almatı şəhəri yer alır.

Hesabatda bildirilir ki, Hindistandan Bakıya aviareyslərin qiymətlərində də 22% ucuzlaşma qeydə alınıb və bu, Bakını hindistanlı turistlər üçün əlçatan istiqamətlərdən birinə çevirir.

Həmçinin hesabata görə, hindistanlı səyahətçilərin 86%-i bu il 2023-cü illə müqayisədə eyni sayda və ya daha çox xaricə səyahət etməyi, 63%-i səyahətə ötən ildən daha çox büdcə ayırmağı planlaşdırır. Onların 43%-i destinasiyanın cəlbediciliyini və atmosferini mühüm amil kimi qiymətləndirirlər. Səyahət zamanı ediləcək ən məşhur fəaliyyətlərə gəldikdə isə alış-veriş (49%), tarixi turlar (45%) və yerli yeməklərin dadına baxmaq (38%) prioritetdir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 139 109 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 151% artımdır.

Paylaş:
288

Son xəbərlər

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12
Bütün xəbərlər