Britaniyadan olan müşahidəçisi: “Böyük Britaniyada seçkilər necə keçirilirdisə, Azərbaycanda da elə keçirildi”
“Mən Füzuli və Şuşada müşahidə keçirdim.
Azərbaycandakı seçkilər sistemi ilə mənim öyrəndiyim sistem eynidir” .
1news.az xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Kurban Hüseyn Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar müşahidələrini bölüşərkən deyib.
O, bildirib ki, seçicilər pərdə ilə örtülü yerdə öz seçimlərini edirlər, daha sonra bülletenlərini qutuya atırdılar.
“Elə bir an yox idi ki, ora seçicikər gəlməsin. Mən orada olduğum müddətdə gördüm ki, seçicilər aktiv iştirak edir və səslərini verirdilər. Bu mənim xaricdə iştirak etdiyim ilk seçki idi. Burada hansısa fərqlilik olmadı, Böyük Britaniyada seçkilər necə keçirilirdisə, Azərbaycanda da elə keçirildi” - deyə o, əlavə edib.
Qafar Ağayev