Moldovalı deputat: Müşahidələrim göstərdi ki, seçkilər şəffaf şəkildə keçirildi
“Mən bu seçkilər zamanı bütün nüansları müşahidə etməyə çalışdım” .
1news.az xəbər verir ki, bunu Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı bağlı müşahidə həyata keçirən Moldova parlamentinin deputatı Vitali Jakot deyib.
O, bildirib ki, Azərbaycan Moldova üçün vacib tərəfdaşdır, hətta strateji tərəfdaşdır.
“Mən Bakının mərkəzində yerləşən seçki məntəqələrində deyil, eyni zamanda Bakıətrafı qəsəbələrdə olan seçki məntəqələrində də iştirak etdim.
Bütün nüansları izlədik. Seçicilərin məlumatlılığını çox bəyəndim. Seçki prosesi öz axarında davam etdi. Mən seçki məntəqələrinin sədrlərinin və seçicilərin fikirlərin öyrəndim. Müşahidələrim göstərdi ki, seçkilər şəffaf şəkildə keçirildi. Seçkilər təhlükəsiz şəkildə keçirildi, yüksək səviyyədə planlaşdırılmış və təşkil olunmuşdu. Seçkilərdə gözləntilərimə cavab verildi.
“Mən məntəqə sədrlərinə və seçicilərə “seçki prosesində hansı dəyişikliklərin olmasını istərdiniz?” sualını verdim” - deyə o, bildirib:
“Onlar dedi ki, proses rəqəmsallaşdırılsa, daha yaxşı olar. Çünki belə olan halda nəticələrin emalı daha asan olar. Mən Azərbaycanda seçicilərin məlumatlarılması ilə bağlı təcrübəsini Moldovada da təklif edəcəyəm. Bizdə də belə sistem var, sadəcə buradakı sistem daha çox xoşuma gəldi. Mən bütün namizədlərlə uğur arzu edirəm. İstərdik ki, Azərbaycan parlamenti ilə münasibətləri daha da inkişaf etdirək” .