Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Qafar Ağayev15:07 - 03 / 09 / 2024
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

3 sentyabr 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası baş tutub.

1news.az xəbər verir ki, müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media sektorunun müdiri Kamran Həsənov, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov iştirak edib.

İclasın gündəliyinə uyğun olaraq, dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin Əsasnaməsi” təsdiq edilib.

Bununla yanaşı, cari il üçün həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri, Agentliyin strateji məqsədləri və planları, icra ediləcək tədbir və layihələrə dair ətraflı müzakirələr aparılıb.

Paylaş:
155

Son xəbərlər

Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40
Bütün xəbərlər