Belarusla iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Belarusla iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub

Qafar Ağayev16:09 - 03 / 09 / 2024
Belarusla iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən birgə tədbirlər, imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verib. Bildirilib ki, əlaqələrin intensivləşməsi, eyni zamanda, iqtisadi əməkdaşlığımızın genişlənməsinə möhkəm zəmin yaradır. Belarusla iqtisadi-ticarət əlaqələri də güclənir. 2024-cü ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 29%-ə yaxın artıb.

Görüş zamanı Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, müxtəlif iqtisadi istiqamətlər üzrə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu diqqətə çatdırılıb.

Tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanmış sənədlərin icrası, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə ediblər.

Paylaş:
208

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıbBu gün, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:10Xəzər İnşaat Həftəsi öz işinə start verdiBu gün, 09:48Səbail rayonunda intihara cəhd edən şəxs xilas olunub - VİDEOBu gün, 09:25Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHIBu gün, 09:08Dövlət başçısı Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 18:07Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:53“Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub14 / 10 / 2024, 17:33İlham Əliyev Qətərin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:21Prezident Belçikanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:04Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?14 / 10 / 2024, 16:46IDEA İctimai Birliyi PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib - FOTO14 / 10 / 2024, 16:14Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib14 / 10 / 2024, 15:57COP29 - təhlükəsiz, inklüziv və davamlı gələcək naminə platforma14 / 10 / 2024, 15:38Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib14 / 10 / 2024, 15:35Dövlət başçısı bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edib14 / 10 / 2024, 15:26Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür14 / 10 / 2024, 15:10Xəzər İnşaat Həftəsinə 1 gün qaldı14 / 10 / 2024, 15:00XİN: “Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır”14 / 10 / 2024, 14:48Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra edib - VİDEO14 / 10 / 2024, 14:31
Bütün xəbərlər