“Yüksəliş” müsabiqəsinin qalibinə “ADY Ekspress”də vəzifə verildi
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) builki “Yüksəliş” müsabiqəsində qalib gəlmiş əməkdaşı Kamal Hüseynli yüksək vəzifəyə təyin edilib.
1news.az ADY-yə istinadən xəbər verir ki, K. Hüseynli “ADY Ekspress” MMC-nin direktor müavini vəzifəsinə təyinat alıb. Buna qədər o, həmin şirkətdə baş maliyyə inzibatçısı olaraq çalışıb.
Bu təyinat ADY-nin gənc və perspektivli kadrların irəli çəkilməsi, kadr potensialının inkişafı və insan resurslarının strateji idarə olunması istiqamətində gördüyü əsaslı işlərin növbəti təzahürüdür.
243