“AZAL Miles”ın genişmiqyaslı yenilənməsi: sərnişinlər üçün daha çox onlayn imkanlar | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AZAL Miles”ın genişmiqyaslı yenilənməsi: sərnişinlər üçün daha çox onlayn imkanlar

Qafar Ağayev10:24 - 03 / 09 / 2024
“AZAL Miles”ın genişmiqyaslı yenilənməsi: sərnişinlər üçün daha çox onlayn imkanlar

Azərbaycanın milli aviadaşıyıcısı AZAL “AZAL Miles” loyallıq proqramının tamamilə yenilənməsini və rebrendinqini başa çatdırıb.

1news.az xəbər verir ki, həmçinin aviaşirkət qabaqcıl texnologiyalar və xidmətlərin rəqəmsallaşdırılmasını tətbiq etməklə müştərilərin şəxsi kabinetini modernləşdirib. Bu dəyişikliklər istifadəçilərə unikal imkanlar təqdim edir.

Loyallıq proqramının yenilənməsi və şəxsi kabinetin təkmilləşdirilməsi aviaşirkətin daha geniş transformasiya strategiyasının bir hissəsidir. Bu təşəbbüslərin əsas məqsədi xidmət keyfiyyətinin yüksəldilməsi və AZAL-ın beynəlxalq bazarda mövqeyinin möhkəmləndirilməsidir.

Transformasiya çərçivəsində yenilənmiş şəxsi kabinet daha rahat və funksional olub. Rəqəmsallaşma sayəsində sərnişinlər bütün lazımi xidmətləri – aviabiletlərin alınmasından, rezervasiyaların idarə edilməsindən tutmuş millərin idarə edilməsinə qədər – onlayn şəkildə həyata keçirə bilərlər. Şəxsi kabinetdə tətbiq olunan innovativ həllər “AZAL Miles” proqramı ilə qarşılıqlı əlaqəni xeyli asanlaşdırır və xidmətdən istifadəni mümkün qədər rahat və səmərəli edir.

“AZAL Miles” loyallıq proqramının yeni versiyası əvvəlkini əvəz etməklə yanaşı, müştərilərə əvvəl mövcud olmayan imkanlar təqdim edərək funksionallığı və imtiyazları xeyli genişləndirib. Proqramın bütün aspektləri müasir rəqəmsal standartlara uyğun olaraq yenidən işlənib. Proqramın yeni “Fürsətləri səmada tutun” (“More miles, more skies”) şüarı onun müasir səyahətçilərin ehtiyaclarına yönəlmiş yenilənmiş sistem kimi statusunu vurğulayır.

Proqramın əsas yeniliklərinə aşağıdakılar daxildir:

- İmtiyazların sayının artması;

- Millərin sürətli toplanması və istifadəsi;

- Eksklüziv təkliflərə çıxış;

- “Classic”, “Gold” və “Platinum” statuslarına əlavə olaraq iki yeni status – “Silver” və “Elite” tətbiq olunub.

Proqramın bütün statusları üzrə imtiyazlarına aşağıdakılar daxildir:

- Ön və geniş oturacaq seçimləri;

- Ödənişsiz baqaj;

- Sürətli keçid;

- Biznes zala pulsuz giriş;

- Xidmət sinfinin ödənişsiz yüksəldilməsi;

- Mükafatlandırıcı aviabiletin tarixinin cəriməsiz dəyişdirilməsi;

- Prioritetli qeydiyyat və təyyarəyə minik;

- Prioritetli baqaj daşınması.

“AZAL Miles”ın əsas xüsusiyyətləri:

- Ailə hesabı: ailə üzvlərinə millərini bir hesabda toplamaq imkan yaradır;

- Mükafatlandırıcı aviabilet: artıq mil ilə bilet satılan istiqamətlər üzrə mükafatlandırıcı aviabiletlərə limit tətbiq olunmur;

- Millərin köçürülməsi: proqram iştirakçıları milləri bir-birilərinə köçürə biləcəklər;

- Millərin alışı: iştirakçılar həm özlərinə, həm də digər iştirakçılar üçün ödənişli şəkildə millər ala bilərlər;

- Status ballarının alışı: istifadəçilər statuslar üzrə müəyyən tələblərdən sonra ödənişlə status ballarını ala bilərlər;

- Millərin status ballarına çevrilməsi: əlavə imtiyazlar və daha çox ölkəyə uçmaq imkanı əldə etmək üçün yeni funksiya;

- Müddəti bitmiş millərin bərpası: iştirakçılar müddəti bitmiş milləri müəyyən şərtlərlə bərpa edə bilərlər.

Yenilənmiş proqramda iştirakçılarımız üçün hədiyyələr də hazırlanıb. Belə ki, ilk uçuş və hər bir yeni statusa keçid zamanı “Xoş gəldin” milləri, eləcə də doğum günü milləri təqdim edilir.

Dəyişikliklər zamanı aşağıdakı güzəştlər tətbiq edilib:

1. Bütün iştirakçıların milləri bitmə müddətindən asılı olmayaraq 2027-ci ilin avqust ayına qədər 3 il müddətinə uzadılıb.

2. Status balları üçün son 12 ay deyil, son 20 ay ərzində həyata keçirilən uçuşlar nəzərə alınıb.

3. Yeni proqram istifadəyə verilən gündən sonra uçuş edən hər bir iştirakçıya 300 “Xoş gəldin” mili hədiyyə edilir.

4. Heç bir uçuş etməyən əvvəlki “Gold” statuslu iştirakçılar ən azı “Silver”, “Platinum” statuslu iştirakçılar isə ən azı “Gold” statusunda saxlanılıb. Ən azı 1 dəfə uçuş edənlər isə öz statuslarında saxlanılıb.

5. Öncəki “Classic”, “Gold”, “Platinum” statuslu iştirakçılar həyata keçirdikləri uçuşlardan asılı olaraq “Elite” statusuna yüksələ bilərlər.

6. 18 yaşdan yuxarı hər kəs və ya valideyn köməyi ilə 2 yaşdan yuxarı uşaqlar şəxsi kabinetdə qeydiyyatdan keçməklə proqramın iştirakçısı ola bilər.

Ətraflı məlumat üçün www.azal.az/az/azal-miles/discovery/faq linkinə keçid edə bilərsiniz.

Bu dəyişikliklər şəxsi kabinetin modernləşdirilməsi və “AZAL Miles” proqramının yenilənməsinin aviaşirkətin ümumi transformasiya strategiyasının bir hissəsi olaraq xidmət və müştəri təcrübəsini təkmilləşdirməyə yönəlmiş iki fərqli, lakin bir-biri ilə əlaqəli layihə olduğunu vurğulayır.

Paylaş:
229

Son xəbərlər

70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27
Bütün xəbərlər