Ukraynada ardıcıl istefalar, daha bir nazir istefa verib
Ukrayna Rusiya ilə davam edən müharibə ilə yanaşı, hökumətdə ardıcıl istefalarla da çətin bir dövr yaşayır.
1news.az Cnnturk.com-a istinadən xəbər verir ki, ötən gün Strateji Sənayelər naziri, Ədliyyə naziri və Ekologiya naziri istefa verərək ölkədə böyük bir şok yaradıb.
Bu istefalar Ukraynada idarəetmə və siyasi sabitliksizliklə bağlı narahatlıqları artırıb.
Hələlik rəsmi açıqlama verilməsə də, bu gün Ukraynanın Xarici İşlər Naziri Dmitro Kulebanın da istefa verdiyi bildirilib.
Bu hadisə, hökumətdə yüksək səviyyəli vəzifələrdə dəyişikliklərin davam edə biləcəyi ilə bağlı narahatlıqları daha da artırır.
1068