Kamala Harris və Donald Tramp ilk dəfə debatda qarşılaşdılar
ABŞ-nin keçmiş prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris prezident seçkiləri ilə bağlı debatda iştirak ediblər.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, debat ABC kanalı tərəfindən Filadelfiyada təşkil edilib. Namizədlər abort, immiqrasiya və Amerika demokratiyası ilə bağlı fərqli baxışlarını ortaya qoyublar.
Harris 2020-ci il seçkilərini xatırladaraq Trampı tənqid edib, orta təbəqəyə vergilərin azalmasını və abort hüququnun bərpasını vəd edib.
Tramp isə altı həftəlik abort qadağasını dəstəkləyib və abortun dövlət məsələsi olduğunu vurğulayıb. O, həmçinin Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirmək niyyətində olduğunu bildirib.
Debat zamanı Tramp 42 dəqiqə, Harris isə 37 dəqiqə danışıb.