Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir

Qafar Ağayev10:19 - 20 / 09 / 2024
Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir

Sentyabrın 19-da Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyəti arasında ikigünlük görüşə start verilib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, görüşün məqsədi Dubayda keçirilən COP28 tədbirinin təşkili zamanı əldə edilən təcrübəni bölüşmək və mülki aviasiya sahəsində əməkdaşlığı genişləndirməkdir.

Qeyd edilib ki, bu təcrübə mübadiləsi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi təmsil edir. BƏƏ nümayəndə heyətinə isə BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi (GCAA), Dubay hava limanları, biznes aviasiya və VIP xidmətlər üzrə ixtisaslaşmış “Jetex” şirkəti, həmçinin Dubay Aeronaviqasiya Xidmətinin (DANS) nümayəndələri daxildir.

Bu görüş Azərbaycan ilə BƏƏ arasında davamlı inkişaf və iqlim dəyişikliyi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir. Tədbirin əsas mövzularından biri də COP29-a hazırlıq çərçivəsində BƏƏ-nin iri beynəlxalq tədbirlərin təşkili sahəsində qabaqcıl təcrübələrini öyrənməkdir.

Azərbaycan və BƏƏ-nin aviasiya sənayesi nümayəndələrinin qarşılıqlı fəaliyyəti qabaqcıl həll və təcrübələrin mübadiləsi üçün geniş imkanlar yaradır. Görüş çərçivəsində logistika, uçuşların təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi və sərnişin məmnuniyyətinin artırılması kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, aviasiya sahəsində rəqəmsal texnologiyaların tətbiqi və hava limanlarının idarə edilməsi səmərəliliyinin yüksəldilməsi mövzuları da diqqət mərkəzindədir.

Paylaş:
191

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər