Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandı

Qafar Ağayev13:02 - 25 / 09 / 2024
Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandı

Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı növbəti dəfə hüquqazidd əməllərin qarşısı alınıb.

1news.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzində Bakı şəhər sakini Anar Babayevə məxsus “Land Rover” markalı avtomobilə texniki baxış keçirilərkən ilk tibbi yardım qutusunda olan dərman vasitələrinin arasında xüsusi qablaşdırılmış narkotik maddə aşkarlanıb.

Faktla bağlı ərazi polis orqanı məlumatlandırılıb və zəruri prosesual hərəkətlər aparılmaqla sürücü A.Babayev avtomobillə birlikdə aidiyyatı üzrə təhvil verilib.

Paylaş:
239

Son xəbərlər

Bütün xəbərlər