“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - Nazir
“Karbon qiymətləndirilməsi prosesində kiçik və orta biznesin maraqlarını gözləməklə, onların inkişaf meyllərini dəstəkləməklə və bu sahədə toplanan vəsaitlərin, karbon vergilərinin yenidən biznesə reinvestisiya edilməsi ilə biznesin inkişafına dövlət dəstəyi tədbirlərini əhatə etməklə iştirak planlaşdırılır”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Karbon qiymətqoyma üzrə Beynəlxalq Forumda deyib.
“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi bütün vasitələrlə, o cümlədən vergi siyasəti vasitəsilə də dəstəklənəcək”.
Nazir deyib ki, Vergi siyasətimiz iqtisadi və siyasi proseslərin mühüm həlqəsidir və bu effektiv alət özəl investisiyaların cəlb edilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl” texnologiyalardan istifadənin genişləndirilməsində mühüm rol oynayacaq.
“Dövlət Vergi Xidməti ekoloji və “yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəni araşdırır”.