Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”. | 1news.az | Xəbərlər
Cəmiyyət

Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.

Qafar Ağayev10:58 - 25 / 09 / 2024
Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.

İqlim dəyişikliyi ilə mübarizənin yaratdığı yeni reallıqların müzakirə platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi etməyə hazırlaşdığımız bu dövrdə Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətli bir hadisədir”.

1news.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Karbon qiymətqoyma üzrə Beynəlxalq Forumda deyib

“ Ədalətli yanaşma üçün yeni yolları araşdırmaq, qabaqcıl təcrübələri paylaşmaq və əməkdaşlığı təşviq etmək üçün toplaşdığımız üçün bugünkü forumdan gözləntilərimiz böyükdür. Əminəm ki, bu gün apardığımız müzakirələr və qarşılıqlı əlaqələr bütün iştirakçılar üçün səmərəli olacaq”.
DVX rəisi bildirib ki, iqlim dəyişikliyi mövzusu getdikcə daha geniş miqyasda və təxirəsalınmaz bir şəkildə beynəlxalq gündəmdə yer almaqdadır.

“Çünki bu, yalnız bir ölkənin deyil, bütün dünya ölkələrinin üzləşdiyi bir problemdir. İqlim dəyişikliyi milli sərhədləri aşan qlobal çağırışdır. Bu gələcək risk deyil, real və indiki vəziyyətdir və tədbir görülməzsə düşündüyümüzdən daha ciddi fəsadlara səbəb ola biləcək məsələdir. İqlim dəyişikliyi bəşəriyyət üçün ən dəyərli məfhum olan insan sağlamlığını təhdid edən qlobal təhlükədir.

Bu səbəbdən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı, qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə aparılan ən əhəmiyyətli funksiyalar daşıyır. Bu platforma vasitəsilə qəbul edilən qərarlar, dünya ölkələrinin iqlim dəyişikliyinə qarşı daha effektiv mübarizə aparmasına və dayanıqlı inkişafın təmin olunmasına şərait yaradır. Bu mübarizədə iqlim dəyişikliyi trendləri və uyğunlaşma, yumşaltma, zərər və itki mərhələlərinin hər biri vacib rol oynayır və ölkələrin daha dayanıqlı gələcək üçün birgə hərəkət etməsinin əsasını təşkil edir.

Bu səbəbdən də bu gün burada qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən təsirli alətlərindən biri olan karbon qiymətqoyma mövzusunda danışmaq üçün toplanmışıq. Karbon qiymətqoyma, istixana qazı emissiyalarının azaldılması məqsədilə iqtisadi aktorları hərəkətə gətirən və dayanıqlı inkişafı təşviq edən mühüm bir vasitədir”.

“Bu istiqamətdə təcrübələrin paylaşılması, müxtəlif ölkələrdə və şirkətlərdə tətbiq edilən karbon qiymətqoyma alətlərinin effektivliyini qiymətləndirməyə və onları təkmilləşdirməyə imkan verir” - deyə xidmət rəisi əlavə edib:
“Hər bir ölkə və şirkət, iqlim dəyişikliyi ilə mübarizə sahəsində fərqli təcrübələr və problemlərlə qarşılaşır. Bu problemlərin həllində öyrənilən dərslər, digər ölkələr və şirkətlər üçün də dəyərli ola bilər. Təcrübə paylaşımı qlobal miqyasda effektiv karbon qiymətləndirmə strategiyalarının yayılmasına və tətbiqinə imkan verir. Yeni başlayan ölkələr və şirkətlər, daha təcrübəli tərəfdaşların uğurlarından və səhvlərindən öyrənərək risklərini azalda bilərlər. Bu, karbon qiymətqoyma alətlərinin tətbiqində qarşıya çıxa biləcək maneələri daha yaxşı anlamağa və onların öhdəsindən gəlməyə kömək edir. Forumda bu cür innovasiyaların paylaşılması üçün mükəmməl platformadır”.

Paylaş:
120

Son xəbərlər

FHN-də COP29-la əlaqədar növbəti müşavirə keçirilib05 / 11 / 2024, 17:46“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı çapdan çıxıb05 / 11 / 2024, 17:4234 qapı və 16 kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb05 / 11 / 2024, 17:20Bakı küçələrini təmizləmək yeni tozsoran texnika alınıb - FOTO05 / 11 / 2024, 17:01Taksi sürücüləri üçün imtahanda üç nəfər başqasının yerinə iştiraka cəhd edib05 / 11 / 2024, 16:53“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib - FOTO05 / 11 / 2024, 16:49Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub05 / 11 / 2024, 16:37İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib - YENİLƏNİB05 / 11 / 2024, 16:12Bəzi uşaq evlərində monitorinq keçirilib, 41 nəfər cəzalandırılıb, 7 əməkdaş işdən çıxarılıb05 / 11 / 2024, 16:06“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir05 / 11 / 2024, 15:59Əli Əsədov Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib05 / 11 / 2024, 15:35Bakıda küləyin sürəti 20 m/s-yə çatır - FAKTİKİ HAVA05 / 11 / 2024, 15:10Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir05 / 11 / 2024, 14:50Küçə və yol kənarlarında qida məhsullarının qanunsuz satışı ilə mübarizə tədbirləri genişləndirilib - FOTO05 / 11 / 2024, 14:43Daxili Qoşunlarda əsgərlərin andiçmə mərasimi keçirilib05 / 11 / 2024, 14:30COP29 çərçivəsində keçiriləcək tədbirlərin proqramı açıqlanıb05 / 11 / 2024, 14:29Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib05 / 11 / 2024, 13:26Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA05 / 11 / 2024, 13:15AMB-də COP29 zamanı maliyyə sektorunda planlaşdırılan fəaliyyətlər müzakirə olunub05 / 11 / 2024, 13:08Xızıda polis külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlayıb05 / 11 / 2024, 13:06
Bütün xəbərlər