Xırdalanda mağazadan 5 noutbuk oğurlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda mağazadan 5 noutbuk oğurlandı

Qafar Ağayev14:12 - 27 / 09 / 2024
Xırdalanda mağazadan 5 noutbuk oğurlandı

Xırdalanda mağazadan noutbuklar oğurlanıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 6-da gecə saatlarında Xırdalan şəhəri ərazisində yerləşən mağazaların birindən 5 ədəd noutbukun oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 37 yaşlı B.Xanlarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
247

Son xəbərlər

Bütün xəbərlər