Zərdabda qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb. | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərdabda qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb.

Qafar Ağayev16:18 - 29 / 10 / 2024
Zərdabda qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Otmanoba kəndi ərasizində çöl quşları ovlamaq istəyən rayon sakinləri A.Gülməmmədov, Ü.Rüstəmov və V.Sarıyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər