"Dinamo"nun baş məşqçisi vəzifəsindən azad edilib
Ukrayna Premyer Liqasının IX turunda "Polissya"ya 1:3 hesabı ilə yenilən "Dinamo"nun (Kiyev) baş məşqçisi İqor Kostyuk vəzifəsindən azad olunub.
1news.az report-a istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qərarı klubun prezidenti İqor Surkis verib. Komandanı Ukrayna çempionatının növbəti matçlarına, o cümlədən oktyabrın 23-də "Kudrivka"ya qarşı keçiriləcək görüşə baş məşqçi əvəzi kimi Matsey Kendzyorek hazırlayacaq.
Qeyd edək ki, İ.Kostyuk 2025-ci ildən "Dinamo"ya rəhbərlik edib.
76











